İngiltərədən "Google"a 5 milyardlıq İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə "Google" şirkətinə qarşı 5 milyard funt sterlin (təxminən 6,3 milyard dollar) məbləğində toplu təzminat iddiası qaldırıb. Bu iddia, texnologiya nəhənginin internetdəki dominant mövqeyindən sui-istifadə etməsi ilə bağlı irəli sürülən ən böyük hüquqi addımlardan biri kimi qiymətləndirilir.
BAKU.WS xəbər verir ki, iddia Birləşmiş Krallıqda yerləşən yüz minlərlə şirkət adından qaldırılıb. Şirkətlər "Google"un rəqib axtarış sistemlərini bazardan sıxışdıraraq reklam qiymətlərini süni şəkildə yüksəltdiyini və bununla da bazardakı hegemonluğunu möhkəmləndirdiyini iddia edir.
İngiltərənin Rəqabət Temyiz Məhkəməsinə təqdim edilən sənədlərdə "Google"un rəqiblərin bazara çıxış imkanlarını məhdudlaşdırdığı, bu yolla rəqəmsal reklam sahəsində demək olar ki, inhisar yaratdığı bildirilir.
Bu hüquqi proses "Google"un rəqəmsal reklam bazarındakı gücünün dünya üzrə tənzimləyici orqanlar tərəfindən ciddi araşdırıldığı dövrə təsadüf edir. Avropa İttifaqı, ABŞ və bir sıra digər ölkələrdə də şirkətə qarşı oxşar araşdırmalar və məhkəmə çəkişmələri davam edir.
Oxşar xəbərlər
Məşhur aktrisa 88 yaşında vəfat etdi
Sovet və Rusiya kinosunun tanınmış aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktrisanı...