İndoneziyada sərnişin avtobusu aşıb: ən azı 16 nəfər ölüb

İndoneziyada sərnişin avtobusu aşıb: ən azı 16 nəfər ölüb
Dünya 27

İndoneziyanın Orta Cava əyalətində baş verən ağır yol qəzası ən azı 16 nəfərin ölümünə səbəb olub.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, paytaxt Cakartadan Yogyakarta istiqamətində hərəkət edən sərnişin avtobusu Semarang şəhərindəki Krapyak ödəniş məntəqələri yaxınlığında idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb.

Axtarış-xilasetmə rəsmisi Budiononun sözlərinə görə, şəhərlərarası 34 sərnişin daşıyan avtobus yolda nəzarəti itirib, bəzi sərnişinlər isə avtobusun gövdəsi ilə maneə arasında sıxışıb qalıb.

Hadisə yerinə polis və xilasetmə qrupları təxminən 40 dəqiqə sonra çatıblar. Onların verdiyi məlumata əsasən, 6 nəfər hadisə yerində, 10 nəfər isə xəstəxanaya aparılarkən və ya tibbi müdaxilə zamanı həyatını itirib.

Qəzada yaralanan 18 nəfər ətrafdakı xəstəxanalara yerləşdirilib. Onlardan 5-nin vəziyyətinin kritik olduğu bildirilir.

Oxşar xəbərlər

Son xəbərlər