İlon Maskın atası Kazana gedib
Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Maskın atası, iş adamı Errol Qrem Mask yerli İT parklarını ziyarət etmək məqsədilə Tatarıstanın paytaxtı Kazan şəhərinə gedib.
BAKU.WS xəbər verir ki, səfər çərçivəsində Errol Mask Peterburq küçəsində və Başir Rameyev adına İT-parklarda olub, Tatarıstanda mövcud sektorun inkişaf istiqamətləri ilə tanış olub.
Errol Mask bildirib ki, Kazan onu universitetləri və süni intellekt sahəsindəki aktiv inkişafı ilə cəlb edib. O, həmçinin oğlu İlon Maskın da yaxın vaxtlarda Rusiyanı ziyarət edə biləcəyini istisna etməyib.
"İlon bundan əvvəl də Rusiyada olub. Ola bilər ki, bir daha gəlsin. O, daim hərəkətdədir, tez-tez səyahət edir. Mümkündür ki, o, bir gün burada görünsün", - deyə Errol Mask qeyd edib.
Oxşar xəbərlər
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər n...