İbrahim Tatlısesin qardaşı bu səbəbdən həbs edilib
Müğənni İbrahim Tatlısesin özü kimi müğənni qardaşı Hüseyn Tatlısesin hansı səbəbdən həbs edildiyi açıqlanıb.
BAKU.WS xəbər verir ki, Antalyada səhnə alan Hüseyn daha sonra bir taksiyə əyləşərək məkandan uzaqlaşıb.
Mənzil başına çatanda taksi sürücüsü ilə Hüseyn arasında dava düşüb. O sürücüyə ödənişi etməyəcəyini deyib və onu döyüb. Daha sonra ayağı sınan Hüseyni polislər saxlayaraq şöbəyə aparıblar.
Sürücünün oğlu həmin gecə yaşanan hadisəni detallı olaraq danəışıb. O atasının vəziyyətinin yaxşı olmadığını və xəstəxanada həyati təhlükəsinin davam etdiyini bildirib.
Hüseyn polis şöbəsində dindirildikdən sonra Antalya Cümhuriyyət ədliyyəsinə göndərilib.
O məhkəməyə qədər həbsxanada qalacaq.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...