İbrahim Tatlısesin polisin üzərinə maşın sürən qızına reaksiyası GÜNDƏM OLDU

İbrahim Tatlısesin polisin üzərinə maşın sürən qızına reaksiyası GÜNDƏM OLDU
Video
Dünya 678

Müğənni İbrahim Tatlısesin jurnalistlərə müsahibəsi zamanı maraqlı anlar yaşanıb. 

BAKU.WS xəbər verir ki, sənətçiyə polisin üzərinə maşın sürən qızı Dilan Çıtak Tatlıseslə bağlı sual ünvanlanıb. 

O əl hərəkəti ilə suala cavab verməkdən imtina edib. Dilan Çıtakın isə özünü onun qızı kimi təqdim etməsini qəbul etmədiyini vurğulayıb. 

Sözügedən görüntüləri təqdim edirik:

Xatırladaq ki, Dilan Çıtakın maşınını polisin üzərinə sürdüyü görüntülər yayılıb.  Videoda Dilanın polisin "saxla" əmrinə tabe olmayaraq onun üzərinə sürdüyü kadrlar əks olunub. 

Hadisə Bodrumda Dilan istirahətdən qayıdarkən yaşanıb. O yol hərəkətİ qaydalarını pozub. Bu zaman polis saxlayaraq ondan sürücülük vəsiqəsini istəyib. Sənətçi qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra  havaya atəş açılıb. O maşını saxlamaq məcburiyyətində qalıb. 

Avtomobildən düşən Dilan Çıtak polisin müşayiəti ilə bölməyə aparılıb. Daha sonra isə o sərbəst buraxılıb. 

Son xəbərlər