Husilər İsrailin hərbi bazasına raket atıblar? - İDDİA
Husilər Yaffə yaxınlığında İsrail hərbi bazasına hücum etdiklərini iddia ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Yəmənin Ənsarullah (Husi) hərəkatının hərbi sözçüsü Yahya Saree bildirib.
O, bu hücumu İsraillə mübarizədə "gərginliyin beşinci mərhələsi" olaraq xarakterizə edib.
Saree Ənsarullah hərəkatının İsrailin Fələstin və Livana qarşı "təcavüzü" dayandırılana qədər hücumlarına davam edəcəyini vurğulayıb.
Saree tərəfindən yayımlanan bəyanatda, hücumun "Filistin-2" hipersəsli ballistik raketlə həyata keçirildiyi qeyd edilib. Raketin bazaya dəyəndən sonra orada yanğın baş verdiyi bildirilir.
Oxşar xəbərlər
Qustavo Petro: Kolumbiyadakı təyyarə qəzasında bir nəfər ölüb, 77 nəfər xilas edilib
Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğu təsdiqlənib. BAKU.WS report-a i...