Hörmüz boğazından neft daşıyan gəmilər yenidən hərəkət edir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında neft daşıyan gəmilərin hərəkətinin bərpa olunduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bununla bağlı "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, neft yüklü gəmilər yenidən Hörmüz boğazından keçərək marşrutlarını davam etdirirlər.
"Gəmilər hərəkətə başlayıb. Onların bir çoxu neftlə yüklənmiş vəziyyətdə Hörmüz boğazını tərk edir", – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, gəmilər təhlükəsiz hesab olunan cənub dəniz marşrutu ilə hərəkət edir. Prezident əlavə edib ki, beynəlxalq gəmiçilik üçün alternativ marşrutlar da mövcuddur.
Xatırladaq ki, bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılıq əldə olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, tərəflər hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlib və müvafiq sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...