"Haribo" yeyən uşaq komaya düşüb
Hollandiyada 2 uşaq tərkibində marixuana olan "Haribo" yedikdən sonra zəhərlənib, biri komaya düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "NL Times" portalı Hollandiyanın Almelo şəhərindəki xəstəxanaya istinadən məlumat yayıb.
Bildirilib ki, vəziyyəti ağır olan uşaq ixtisaslaşdırılmış klinikaya yerləşdirilib.
"Hər iki uşaq indi özlərini yaxşı hiss edir", - deyə xəstəxanadan bildirilib.
Tibb müəssisəsi qurbanların ailələrinin şəxsi məlumatını qorumaq üçün hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib. Portal xəbər verir ki, polis hadisə ilə bağlı araşdırma aparır.
Xatırladaq ki, daha əvvəl Belçika və Lüksemburqda da "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkarlanıb.
Oxşar xəbərlər
Uitkoff və Kuşner Kiyevə hansı təkliflərlə gedib? - DETALLAR
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ nümayəndələrinin Rusiya ilə sülh prosesinin davam etdirilməsi üçün yeni təkliflər irəli sürdüyünü bildirib. BAK...