Hollandiyada istehsal olunan Haribo-da marixuana aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın tanınmış şirniyyat brendi Haribo, Hollandiyada satışa çıxarılan bəzi məhsullarında narkotik maddə izinə rast gəlinməsindən sonra ölkədəki bütün məhsullarını ehtiyat məqsədilə geri çağırıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Hollandiya Qida və İstehlak Malları Təhlükəsizliyi İdarəsi (NVWA), 1 kiloqramlıq "Haribo Happy Cola F!ZZ" konfetlərini yedikdən sonra bir ailənin bir neçə üzvünün özünü pis hiss etdiyini bildirib. Şikayətlər arasında başgicəllənmə də yer alıb.
Aparılan yoxlamalar nəticəsində konfet nümunələrində marixuana aşkarlanıb. NVWA rəsmisi indiyədək üç paketdə narkotik maddə izinin tapıldığını deyib. Hadisəyə ciddi yanaşan Haribo isə bütün məhsullarını geri çağırmaq qərarına gəlib.
Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvar ayıdır. İndiyədək neçə nəfərin təsirləndiyi məlum deyil.
Niderland mediasına görə, polis narkotik maddənin məhsullara necə qarışdığını araşdırır. NVWA vətəndaşlara xəbərdarlıq edərək bildirib: "Bu konfetlər başgicəllənmə kimi sağlamlıq problemlərinə yol aça bilər, istifadə etməyin!"
Konfetlərin orijinal Haribo məhsulu olub-olmadığı hələlik dəqiqləşməyib.
Haribo şirkəti BBC-yə verdiyi açıqlamada hadisənin ciddiyyətlə araşdırıldığını və kontaminasiyanın səbəbinin polis tərəfindən müəyyən edilməyə çalışıldığını qeyd edib. Şirkət əlavə edib ki, yalnız Niderlanddakı məhsullar geri çağırılıb, digər ölkələrdəki məhsullar təhlükəsizdir.
Oxşar xəbərlər
Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb
Küveytdə İranın pilotsuz uçuş aparatları (PUA) isə strateji obyektə hücumu nəticəsində 2 İtaliya vətəndaşı ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...