Hollandiyada əhaliyə ÇAĞIRIŞ: Elektrik enerjisindən istifadəni azaldın

Hollandiya İqlim və Yaşıl İnkişaf Nazirliyi ölkə üzrə elektrik şəbəkəsinə olan təzyiqi azaltmaq məqsədilə əhalini saat 16:00-dan 21:00-dək elektrik enerjisindən mümkün qədər az istifadə etməyə çağırıb.
BAKU.WS xəbər verir ki, nazirliyin yaydığı yazılı açıqlamada qeyd olunur ki, həmin saatlar "yüksək tələbat saatları" hesab olunur. Çünki bu vaxt insanlar evə qayıdır və elektrik enerjisinin istifadəsi ən yüksək həddə çatır.
Nazirlik bildirib ki, vətəndaşlar paltaryuyan və ya qab-qacaq yuyan maşınları günün başqa saatlarında işə salmaqla və ya elektrikli nəqliyyat vasitələrinin şarjını təxirə salmaqla şəbəkəyə düşən yükü azalda bilərlər.
Bildirilib ki, elektrik şəbəkəsinin idarəçiləri infrastrukturun genişləndirilməsi üzərində işləyir, lakin bu proses müəyyən zaman tələb edir.
Elektrik sərfiyyatının azaldılmasına dair kampaniyanın 18-59 yaş arası bütün hollandiyalılara ünvanlandığı və iyunun 22-dək davam edəcəyi qeyd olunub.
Hollandiya hökumətinin bu çağırışı İspaniya və Portuqaliyadakı genişmiqyaslı elektrik kəsintilərindən asılı olmayaraq, ölkə daxilində enerji xətlərindəki yükü azaltmaq məqsədi daşıyır.

Oxşar xəbərlər
Qadın dələduzlara inanaraq 2 milyonu balkondan atdı
Krımın Sevastopol şəhərində yaşayan qadın dələduzlara inanaraq onlara böyük miqdarda xarici valyuta verib. Bu barədə sosial şəbəkədə məlumat yayıb. Naməlum şəx...