Hindistanda bir milyondan çox insan təxliyə ediləcək - SƏBƏB

Hindistanda bir milyondan çox insan təxliyə ediləcək - SƏBƏB
Dünya 47

Benqal körfəzi sahilində yerləşən Hindistanın Odişa ştatına yaxınlaşan "Dana" tropik siklonu ilə əlaqədar bir milyondan çox insan təxliyə ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə ştatın baş naziri Mohan Çaran Maci RİA məlumat verib.

"Çərşənbə axşamı gecə radələrinə qədər müəyyən edilmiş "təhlükəli zona"da yaşayan təxminən 300-400 min insan təxliyə edilib", - o, brifinqdə bildirib.

Küləyin sürətinin saatda 120 kilometrə çatacağı gözlənilən "Dana" siklonu cümə səhəri Bhitarkanika Milli Parkı ilə Dhamra limanı arasında Odişa sahilinə çatacaq. Çərşənbə günü Şərqi-Mərkəzi Benqal körfəzində formalaşan siklon Qərbi Benqal ştatının Kəlkətə də daxil olmaqla bir neçə cənub rayonuna güclü yağışlar gətirəcək.

Siklonun yaxınlaşması ilə əlaqədar ştat 170-dən çox qatarı ləğv edib. Həmçinin cümə axşamı yerli vaxtla saat 18:00-dan (Bakı vaxtı ilə 16:30) etibarən 15 saat ərzində Kəlkətədəki Netaji Subhaş Çandra Bose adına hava limanından uçuşlar dayandırılacaq.

Odişa və Qərbi Benqal ştatlarının hakimiyyəti təbii fəlakətin təsirinə məruz qala biləcək rayonlarda bütün təhsil müəssisələrini bağlayıb. Hindistan Sahil Mühafizəsi yüksək hazırlıq vəziyyətində olduğunu və gəmilərini və aviasiyasını səfərbər etdiyini bildirib.

Son xəbərlər