Hindistan Pakistana zərbələr endirib: ölən və yaralılar var
09
may
2025
13:46
Hindistan ordusunun Kəşmirin Pakistana aid hissəsinə endirdiyi artileriya zərbələri nəticəsində 5 nəfər həlak olub, 29 nəfər yaralanıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu haqda Pakistanın İnformasiya naziri Attaullah Tərar bəyanat yayıb.
Məlumata görə, ölənlərdən birinin 12 yaşlı qız olduğu bildirilir. Rəsmi İslamabad Hindistan ordusunu mülki obyektləri hədəfə almaqda ittiham edir.
Pakistan ordusunun rəsmiləri Hindistanın bu həmləsinə qarşılıq olaraq "güclü cavab zərbələrinin" endirildiyini, təmas xəttindəki Hindistanın 3 postunun vurulduğunu açıqlayıb.
Oxşar xəbərlər
Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb
NASA-nın "Chandra" kosmik teleskopu altı müxtəlif qalaktikada aşağı enerjili rentgen şüaları yayan 84 şübhəli obyekt aşkarlayıb. BAKU.WS xəbər verir ki, alimlər...