HƏMAS İsrailə girovların siyahısını verdi
Fələstinin HƏMAS hərəkatı İsrail tərəfinə şənbə günü azad edilməli olan girovların siyahısını verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələrində xidmət edən və Qəzza zolağında girov saxlanılan dörd qadın əsgər azad ediləcək.
"İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq biz yanvarın 25-də əsgərlər Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad etmək qərarına gəldik", - HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qrupunun nümayəndəsi Əbu Ubayda "Telegram" kanalında yazıb.
Oxşar xəbərlər
ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib
ABŞ ordusu İranın cənub bölgəsində yerləşən bir sıra hərbi hədəflərə hava zərbələri endirib. BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Mərkəzi...