HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstin HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
"Report"un məlumatına görə, bu barədə radikalların telegram kanalında müvafiq bəyanat yerləşdirilib.
Yaraqlıların sözlərinə görə, yaxın bir neçə gün ərzində yeni hücumlar olacaq.
Qeyd edək ki, Təl-Əviv şəhərinin cənubunda oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb
16-sı yaralanıb. Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...