Hantavirusla bağlı yeni YOLUXMALAR

Hantavirusla bağlı yeni YOLUXMALAR
Dünya 80

Avropada son günlər hantavirusla bağlı aşkarlanan yeni yoluxma halları narahatlıq yaradıb. Xüsusilə İsveçrədə təsdiqlənən infeksiya sonrası səhiyyə qurumları təhlükənin genişlənə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, kənd təsərrüfatı və meşəlik ərazilərdə gəmirici populyasiyasının artması virusun yayılma riskini yüksəldir. İqlim dəyişiklikləri və beynəlxalq səyahətlərin intensivləşməsi də təhlükəni artıran əsas amillər sırasında göstərilir.

Hantavirusla bağlı yeni YOLUXMALAR

Hantavirus ilk dəfə 1950-ci illərdə Koreya müharibəsi zamanı ağır tənəffüs və böyrək çatışmazlığı halları ilə gündəmə gəlib. Sonrakı araşdırmalar nəticəsində virusun əsas daşıyıcılarının gəmiricilər olduğu müəyyən edilib. İnsanlara yoluxmanın isə əsasən gəmiricilərin sidik, nəcis və tüpürcəyi ilə çirklənmiş hava hissəcikləri vasitəsilə baş verdiyi açıqlanıb.

Qeyd edək ki, 1993-cü ildə Amerika Birləşmiş Ştatlarında qeydə alınan hantavirus epidemiyası yüksək ölüm göstəricisi ilə diqqət çəkmişdi. Daha sonra Argentina və Çilidə aşkarlanan "Andes" variantının insandan insana keçmə ehtimalı alimlər arasında ciddi narahatlıq yaradıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq

Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq

Moskva şəhərində 9 May – Qələbə Günü ilə əlaqədar mobil internetə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İn...

22 Dünya 10:51 07 may 2026

Son xəbərlər