Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarda Avropa İttifaqının (Aİ) rəsmiləri ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"H. Fidan, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Aİ Komissiyasının məsul üzvləri Marta Kos və Maqnus Brunner ilə bir araya gəlib", - məlumatda bildirilib.
Görüşün müzakirə mövzuları hələ açıqlanmır.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı NATO liderlərindən Avropanın müdafiəsinin gücləndirilməsinə dair qəti siyasi iradə gözlədiyini bildirib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...