Gürcüstanda Saakaşviliyə qarşı cinayət işi başlanıb
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə hakimiyyətin devrilməsinə çağırış işi üzrə ittiham irəli sürüləcək.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun açıqlamasında deyilir.
Məlumata görə, eyni zamanda Georgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab "Girçi" Japariadze, Elen Xoştariya, Mamuka Xazaradze və Badri Japariadzeyə qarşı da cinayət işi açılıb. Siyasətçilər diversiya, yad dövlətə qarşı düşmənçilik fəaliyyətinə yardım və təhrik, Gürcüstan qanunvericiliyi və milli təhlükəsizliyinə zidd fəaliyyətin maliyyələşdirilməsi, həmçinin dövlət quruluşunun devrilməsinə çağırış maddələri ilə ittiham olunurlar.
Hazırda istintaq davam edir. Hadisənin səbəbləri və şəraiti araşdırılır.
Qeyd edək ki, bundan əvvəl məlumat verilmişdi ki, hakim "Gürcü Arzusu" partiyası keçmiş prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası da daxil olmaqla bir sıra müxalifət partiyalarını qadağan etməyi planlaşdırır. Qadağa "Dəyişikliklər uğrunda koalisiya" və "Güclü Gürcüstan - Lelo" partiyalarına da şamil oluna bilər.
Oxşar xəbərlər
Bu sinifdə sadəcə əkiz uşaqlar təhsil alır
Türkiyənin Muş şəhərindəki məktəbdə 21 əkiz uşaq təhsil alır. BAKU.WS xəbər verir ki, şagirdlərin hamısı bir sinifdə oxuyur. 42 bacı-qardaşın təhsil aldığı si...