Gürcüstan prezidenti dindirilmək üçün prokurorluğa dəvət olundu
Gürcüstan Prokurorluğu prezident Salome Zurabişvilini seçki saxtakarlığı ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə prokurorluğun saytına məlumat yerləşdirilib.
"Gürcüstan Prokurorluğu Mərkəzi Seçki Komissiyasının 30 oktyabr 2024-cü il tarixli müraciəti əsasında parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə araşdırmaya başlayıb.
MSK-nın elanına və kütləvi informasiya vasitələri vasitəsilə ictimai məkanda yayılan məlumatlara görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır. Qanuna əsasən, Gürcüstan prezidenti bu il oktyabrın 31-də dindirilmək üçün istintaq orqanına çağırılıb.
Gürcüstan Prokurorluğu MSK-nın direktivində göstərildiyi kimi, eyni zamanda, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. Onların arasında istintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək",-deyə prokurorluğun məlumatında qeyd olunur.
Oxşar xəbərlər
İranda 2025-ci ildə edamların sayı artıb
2025-ci ildə İran həbsxanalarında ən azı 1922 nəfər edam edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu statistika edamların 2024-cü illə müqayisədə 106...