Göz əməliyyatında YENİLİK! Diş vasitəsilə…

Kanadada görmə qabiliyyətini itirən Brent Chapman üçün ümid işığı doğub. 13 yaşında Stevens-Johnson sindromu səbəbindən hər iki gözünü itirən Chapman 50-dən çox əməliyyatdan sonra hələ də görmə qabiliyyətini bərpa edə bilməyib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Vancouver"dakı Mount Saint Joseph Xəstəxanasında həyata keçirilən və ölkədə ilk dəfə tətbiq olunan osteo-odonto keratoprotez (OOKP) əməliyyatı nəticəsində, Chapman-in öz dişindən bir parça gözünə yerləşdirilib.
Əməliyyatın ilk mərhələsində xəstənin dişi çıxarılıb və üzərinə teleskopik mərcek yerləşdirilib və müvəqqəti olaraq yanağa qoyulub. Bir neçə ay ərzində yeni toxumaların yaranması gözlənilib, daha sonra diş gözünə yerləşdirilib. Əməliyyat yalnız bir göz üçün həyata keçirilir.
Xəstənin əməliyyatını yönləndirən Dr. Greg Moloney dişin tərkibində olan ən sərt maddə olan dentinin gözü dəstəkləməkdə əla rol oynadığını və xəstənin öz toxumalarının istifadə olunmasının rədd edilmə riskini azaldığını qeyd edib. 2022-ci ildə aparılan araşdırmaya görə, belə əməliyyatlardan sonra xəstələrin 94%-i görmə qabiliyyətini qoruyub saxlayır.
Oxşar xəbərlər
Zelenski: Vatikanda Trampla 15 dəqiqəlik görüş Ağ Evdəki danışıqlardan daha çox şey verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ lideri Donald Trampla qısa şəxsi söhbətin digər şəxslərin iştirakı ilə Oval kabinetdə keçirdikləri əvvəlki g...
