Google istifadəçilərini belə sevindirdi - Xidmət pulsuz oldu
"Google" istifadəçilərin vərdişlərini analiz edən süni intellekt funksiyasını artıq pulsuz edib.
BAKU.WS-in məlumtına görə, şirkət bildirib ki, əvvəllər yalnız ödənişli istifadəçilər üçün əlçatan olan "Personal Intelligence" funksiyası indi bütün istifadəçilər üçün açıq olacaq.
Yenilik Gemini ekosisteminə, eləcə də "Google Chrome" brauzerinə və xüsusi AI rejiminə inteqrasiya ediləcək.
Yeni funksiya istifadəçi ilə süni intellekt arasındakı ünsiyyəti daha fərdi hala gətirməyə yönəlib. Sistem istifadəçinin müxtəlif "Google Workspace" xidmətlərindəki məlumatlarını – o cümlədən Gmail, Google Təqvim və Google Diski, həmçinin "Google Photos", "YouTube", "Google Maps" və Google Axtarış məlumatlarını analiz edir. Mətn, şəkil və videolar əsasında istifadəçinin maraq və seçimlərini müəyyənləşdirərək daha uyğun cavablar təqdim edir.
Məlumata görə, bu texnologiya minimal məlumat daxil etməklə praktiki məsələlərin həllinə kömək edir. Məsələn, cihaz problemlərinin diaqnostikasında, elektron qəbzlərə əsasən modelin müəyyən edilməsində və nasazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsində istifadə oluna bilər. Səyahət zamanı isə sistem marşrutlar təklif edir, istifadəçinin zövqünə uyğun məkanları seçir və hərəkət planını optimallaşdırır.
Funksiya ilkin mərhələdə ABŞ-də istifadəyə veriləcək. Aktivləşdirmək üçün Google hesabı tələb olunur və istifadəçilər onu özləri ayarlardan qoşa biləcəklər. Eyni zamanda, istifadəçilər hansı xidmətlərə çıxış veriləcəyini də özləri idarə edə biləcəklər.
Oxşar xəbərlər
İranda Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir
İranda hərbi əməliyyatlar zamanı həlak olan yüksək vəzifəli şəxslərin dəfn mərasimi təşkil olunub. BAKU.WS xəbər verir ki, məlumatı Tasnim News Agency yayıb. Bi...