Gecə ərzində 209 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi iyunun 29-na keçən gecə ölkə ərazisi üzərində Ukraynaya məxsus 209 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
BAKU.WS nazirliyin məlumatına istinadən xəbər verir ki, iyunun 28-i saat 20:00-dan iyunun 29-u saat 07:00-dək hava hücumundan müdafiə sistemləri təyyarə tipli pilotsuz uçuş aparatlarını ələ keçirərək məhv edib.
Bildirilib ki, PUA-ların bir hissəsi Qara və Azov dənizləri üzərində, həmçinin Krım və Krasnodar diyarında zərərsizləşdirilib.
Məlumata əsasən, hücumlar Moskva vilayətində, eləcə də Rostov, Tula, Bryansk, Oryol, Kaluqa, Smolensk, Belqorod, Tver və Kursk vilayətlərində də dəf edilib.
Oxşar xəbərlər
Putinin çıxışı Qərbə açıq mesaj idi - ekspert
Rusiyanın sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiki Larri Conson Rusiya Prezidenti Vladimir Putinin son çıxışının Qərbə ünvanlanmış açıq mesaj olduğunu...