G7 ölkələri Çini cəzalandırmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
"Böyük Yeddilik" (G7) ölkələri Ukrayna ilə münaqişədə Rusiyanı dəstəkləyən Çin və digər ölkələrə qarşı tədbirlər görməyi planlaşdırır.
Bu barədə "Bloomberg" nəşri noyabrın 25-26-da İtaliyada keçiriləcək G7 xarici işlər nazirlərinin görüşünün kommünike layihəsinə istinadən məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, əgər Çinlə bağlı müvafiq qərar qəbul edilərsə, bu, əvvəlki görüşlərlə müqayisədə gərginliyin artması anlamına gələcək. Həmin görüşdə G7 Çini, Rusiyaya ikili təyinatlı mallarla dəstəyi dayandıracağına zəmanət verməyə çağırmışdı.
G7-nin həmçinin Rusiyanın enerji, metal və digər malların ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq üçün tədbirlər görməyə davam edəcəyi gözlənilir. Bu çərçivədə Rusiyanın neftinə qoyulan qiymət məhdudiyyətlərindən yayınmaq üçün yaradılmış gizli tanker donanması ("kölgə donanması") ilə mübarizə aparmaq məqsədilə yeni addımlar atılacaq.
Bu qərarlar, G7 ölkələrinin Ukraynaya dəstəyini artırmaq və Rusiyaya qarşı sanksiyaların təsirini gücləndirmək istiqamətindəki səylərinin davamı kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...