FTB Ağ Evdəki UFC tədbirinə planlaşdırılan hücumun qarşısını aldı
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ağ Evdə keçirilən UFC (qarışıq döyüş növləri) tədbirinə qarşı planlaşdırılan silahlı hücumun qarşısının alındığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, əməliyyat zamanı 5 nəfər saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəlilər tədbir zamanı snayperlər və partlayıcı maddə ilə yüklənmiş pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırıblar. Onların ətrafdakı binaları dronlarla vurmaq, həmçinin yüksək vəzifəli şəxslər də daxil olmaqla bir sıra şəxslərə atəş açmaq niyyətində olduqları bildirilib.
Prokurorluq qeyd edib ki, saxlanılan şəxslərin şifrəli yazışmalarında radikal dini və hökumət əleyhinə fikirlər yer alıb.
Məlumata görə, Ağ Evin Cənub bağında keçirilən tədbirə təxminən 4 300 dəvətli qatılıb. Ətraf ərazilərdə isə 85 minə yaxın insan döyüşləri izləyib.
Məhkəmə sənədlərində hücum planının hədəfləri arasında ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, İsrailin Baş naziri Benyamin Netanyahu, iş adamı İlon Mask və bir sıra konqres üzvlərinin adlarının olduğu qeyd edilib.
Oxşar xəbərlər
Rusiya eksperti "Banderol" raketinin imkanlarından danışdı
Rusiyanın yeni nəsil "Banderol" raketi yerüstü və dayaz dərinlikdə yerləşən hədəflərə zərbə endirmək imkanına malikdir. BAKU.WS xəbər verir ki, bu barədə rusiya...