Fransada məsciddə namaz qılan müsəlmanı qətlə yetirən şəxs İtaliyada təslim olub

Fransanın Ales şəhəri yaxınlığında yerləşən La Grand-Combe qəsəbəsində 25 aprel tarixində məsciddə namaz qıldığı vaxt bir müsəlmanı bıçaqlayaraq öldürən və hadisədən sonra axtarışa verilən şübhəli İtaliyanın Pistoia şəhərində polis bölməsinə təslim olub.
BAKU.WS xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Olivier H. adlı şübhəli yerli vaxtla gecə saat 23:00 radələrində Pistoia şəhərində polisə gedərək təslim olub və hazırda Fransaya ekstradisiyası gözlənilir.
Ales Prokurorluğu bildirib ki, şübhəlinin əməlləri "terror aktı" kimi qiymətləndirilməyəcək və bu səbəbdən Milli Antiterror Prokurorluğu işə müdaxilə etməyəcək.
Fransa Baş naziri Fransua Bayru 24 yaşlı müsəlman gəncin 40-50 bıçaq zərbəsi ilə qətlə yetirilməsini "İslamofob nifrət aktı" adlandıraraq pisləyib. Bir çox siyasətçi də hadisəyə sərt reaksiya verib.
Fransa İslam Şurası (CFCM) yazılı açıqlamasında baş verən hücumu "İslamofob terror aktı" kimi qiymətləndirərək şiddətlə qınayıb. CFCM eyni zamanda Fransız mediasını hadisəni əvvəlcə "iki müsəlman arasında münaqişə" kimi təqdim etməkdə ittiham edib və bu yanaşmanın hadisənin İslamofob xarakterini gizlətmək cəhdi olduğunu bildirib. Şura Fransadakı müsəlman icmasını oxşar hadisələrə qarşı daha diqqətli olmağa çağırıb.

Oxşar xəbərlər
Hafiz Əsədin məzarı açılıb, sümükləri oğurlanıb - İDDİA
Suriyada devrilmiş Bəss rejiminin sabiq lideri Bəşər Əsədin atası Hafiz Əsədin məzarı açılaraq sümüklərinin oğurlandığı iddia edilib. BAKU.WS haberler.com-a ist...