Fransada həbsxanalara hücum edilib

Fransada gecə saatlarında bir neçə şəhərdə yerləşən həbsxanalara hücumlar həyata keçirilib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, ölkənin Ədliyyə naziri Yerald Darmanen X sosial şəbəkəsində verdiyi açıqlamada hücumların avtomobil yandırmaqdan tutmuş avtomatik silahlarla atəş açmağa qədər müxtəlif təhdid xarakterli hərəkətləri əhatə etdiyini bildirib.
Nazir Toulon şəhərindəki həbsxana əməkdaşlarına dəstək məqsədilə bölgəyə səfər edəcəyini, ölkənin narkotik alveri ilə ciddi şəkildə mübarizə apardığını və cinayətkar qrupları narahat edən tədbirlər gördüklərini vurğulayıb.
BFMTV kanalının Ədliyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, hücumların hədəfi olan həbsxanalar arasında Toulon, Marsel, Luynes və Valens həbsxanaları da yer alıb.
Luynes və Valensdəki həbsxanaların dayanacaqlarında avtomobillər yandırılıb, Toulon həbsxanasının giriş qapısına isə avtomatik silahla atəş açılıb.
Məlumata yaxın bir mənbə bu hücumların Fransada yüksək təhlükəsizlikli həbsxanaların yaradılmasına və Ədliyyə Nazirliyinin narkotik kartellərinə qarşı həyata keçirdiyi strategiyaya cavab olaraq koordinasiyalı şəkildə planlaşdırıldığını bildirib.
Oxşar xəbərlər
OPEC+ neft hasilatını artıracaq
Səkkiz aparıcı OPEC+ ölkəsi əlverişli bazar şəraitinə görə neft hasilatını sutkada 137 min barel artırmaq qərarına gəliblər. BAKU.WS xəbər verir ki, bu barədə T...
