Fransada François Burqata "terrorizm təbliğatı" ittihamı irəli sürülüb
Fransada prokurorluq sosial şəbəkələrdə Qəzza ilə bağlı paylaşımlarına görə siyasi şərhçi və politoloq François Burqat barəsində 8 ay təxirə salınmış həbs və 4 min avro cərimə cəzası tələb edib.
BAKU.WS heberler.com-a istinadən xəbər verir ki, Aix-en-Provence Cinayət Məhkəməsində keçirilən prosesdə Burqatın İsrailin Qəzzaya hücumlarına dair 2 yanvar 2024-cü il tarixində etdiyi paylaşımlar əsas gətirilərək ona qarşı "terrorizm təbliğatı" ittihamı irəli sürülüb. Məsələ Avropa Yəhudi Təşkilatının şikayəti əsasında başlanıb.
Prokuror həmçinin Burqatın 6 ay müddətinə X (Twitter) hesabından paylaşım etməsinin qadağan edilməsini də istəyib.
Burqat məhkəmədə verdiyi ifadəsində 7 oktyabr 2023-cü ildə baş verən hadisələrlə bağlı HƏMAS-ı heç vaxt təqdir etmədiyini bildirib.
Xatırladaq ki, Burqat 9 iyul 2024-cü ildə "terrorizm təbliğatı" ittihamı ilə saxlanılsa da, eyni gün sərbəst buraxılmışdı.
Qeyd edək ki, məhkəmə qərarını 28 mayda açıqlayacaq.
Oxşar xəbərlər
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. BAKU.WS "Rep...