Fransa və İspaniyada meşə yanğınları böyüyür: Təxliyə olunanların sayı 330 mini keçdi
Fransa və İspaniyada davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən indiyədək 330 mindən çox insan təhlükəsizlik məqsədilə yaşadığı ərazilərdən təxliyə edilib.
BAKU.WS xəbər verir ki, hər iki ölkədə yüksək temperatur və güclü külək alovun sürətlə yayılmasına səbəb olur. Səlahiyyətli qurumlar yaxın günlərdə havanın daha da istiləşəcəyini bildirərək vəziyyətin ağırlaşa biləcəyi barədə xəbərdarlıq ediblər.
İspaniyanın Ekoloji Keçid Nazirliyinin məlumatına görə, Madrid, Avila və Toledo bölgələrində yanğınlar nəticəsində təxminən 77 min hektar ərazi külə dönüb.
Fransada isə Girond departamentində davam edən yanğın Bordo şəhərinə qədər yaxınlaşıb. Məlumata əsasən, alov təxminən 850 min əhalisi olan şəhərdən 15 kilometr məsafədədir. Bordo meri Tomas Kazenav hazırda şəhərin təxliyəsinin planlaşdırılmadığını açıqlayıb.
Girond prefekti Sofi Brokas turistlərə bölgəyə səfər etməmələri ilə bağlı çağırış edib.
Fransa Prezidenti Emmanuel Makronun vəziyyəti müzakirə etmək üçün bu gün hökumət üzvləri ilə fövqəladə iclas keçirəcəyi gözlənilir.
Oxşar xəbərlər
Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı
ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, 83 yaşlı siyasətçi metastatik xərçəngə qarşı müalicəsini davam et...