"Evdə tək" filminin ulduzu barəsində cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Evdə tək" filminin ulduzu Hovard Stern barəsində fahişəliyə cəlbetmə ittihamı ilə cinayət işi açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.
Məşhur film seriyasında uğursuz oğrulardan biri Marv Merçins obrazını canlandıran amerikalı aktyorun Kaliforniyada məhkəmə qarşısına çıxacağı bildirilir. Məlumata görə, onu altı aya qədər həbs cəzası və 1000 dollar məbləğində cərimə gözləyir.
Hadisə 2025-ci il dekabrın 10-da baş verib. 68 yaşlı aktyor Kamarilyo şəhərində yerləşən hoteldə olarkən fahişə ilə görüş barədə razılaşmaq istəyib. Lakin polis hadisəyə müdaxilə edib və Stern fahişəliyə təhrik etməkdə ittiham olunub.
Qeyd edək ki, bundan əvvəl "Emmi" mükafatına layiq görülmüş amerikalı aktyor Timoti Basfild də azyaşlılara qarşı cinsi zorakılıqda ittiham olunmuşdu. Bildirilirdi ki, söhbət aktyorun çəkiliş meydançasında həmkarı olan iki oğlan uşağına qarşı seksual təcavüz iddialarından gedir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...