Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırdılar
Rusiya Ermənistandan balıq məhsullarının idxalı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin əhatə dairəsini genişləndirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən qəbul olunub.
Qərara əsasən, indiyədək Rusiya bazarına balıq ixrac etmək hüququ olan Ermənistandakı son iki müəssisənin məhsulları üçün verilən sertifikatların qüvvəsi müvəqqəti dayandırılıb. Qurum bunu aparılan yoxlamalar zamanı müəyyən edilmiş sistem xarakterli pozuntularla əlaqələndirib.
Qeyd edək ki, "Rosselxoznadzor" bundan əvvəl də Ermənistandan Rusiyaya ixrac olunan çiçəkçilik məhsulları, eləcə də meyvə-tərəvəz məhsullarına müxtəlif məhdudiyyətlər tətbiq etmişdi.
Oxşar xəbərlər
Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır
ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum planlaşdırmadığına əminliyini ifadə edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bu barədə Ağ...