Ərdoğandan Narin açıqlaması: "Ən ağır cəzanı alacaqlar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan Narin adlı qızla bağlı açıqlama verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan özünün "X" hesabında paylaşım edib.
"Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur", - o yazıb.
Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:
"19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik".
Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:
"Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm".
Diyarbakır’ın Bağlar ilçesinde bu sabah na’şına ulaşılan Narin kızımıza Allah’tan rahmet niyaz ediyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 8, 2024
Canice, vahşice katledilen Narin’in acı haberi hepimizi derinden yaraladı; üzüntümüzün tarifi yok.
Narin kızımızın kayıp ihbarının alınmasından itibaren güvenlik güçlerimiz…
Oxşar xəbərlər
Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuçukun yeganə qızı 17 yaşlı Andrea Kuçuk yerli əyləncə klublarından birində ölüb. BAKU.WS "Veç...