Ərdoğandan CHP-dəki böhranla bağlı sərt açıqlama

Ərdoğandan CHP-dəki böhranla bağlı sərt açıqlama
Dünya 22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan daxili çəkişmələrə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı açıqlamada partiyanın 38-ci qurultayı ətrafında yaranan mübahisələrin CHP üzvlərinin öz aralarında baş verdiyini vurğulayıb.

Ərdoğanın sözlərinə görə, qurultayın təşkili, onun qanuniliyinin şübhə altına alınması və məsələ ilə bağlı məhkəməyə müraciətlər birbaşa CHP nümayəndələri tərəfindən həyata keçirilib.

Prezident CHP-ni tənqid edərək bildirib ki, partiyanın mövcud vəziyyətinə görə məsuliyyət daşıyanlar elə onun öz üzvləridir:

"Qazi Mustafa Kamalın (Atatürkün – red.) qurduğu partiyanı, üzr istəyərək deyirəm, pavyon masalarına salanlar yenə özləridir".

Ərdoğan əlavə edib ki, vaxtilə "xalqın ümidi" kimi təqdim olunan şəxslərin sonradan eyni siyasi çevrələr tərəfindən sərt şəkildə hədəfə alınması CHP-dəki daxili qarşıdurmaların dərinliyini göstərir.

Xatırladaq ki, Ankara Bölgə Ədalət Məhkəməsinin 21 may 2026-cı il tarixli qərarı ilə CHP-nin 4–5 noyabr 2023-cü ildə keçirilmiş qurultayının nəticələri etibarsız sayılıb. Qərardan sonra partiya sədri seçilmiş Özgür Özel vəzifəsindən uzaqlaşdırılıb, keçmiş sədr Kamal Kılıçdaroğlu isə yenidən partiya rəhbərliyinə qaytarılıb.

Məhkəmə qərarından sonra CHP qərargahında gərginlik yaşanıb. Yeni və köhnə rəhbərlik tərəfdarları arasında fikir ayrılıqları kəskinləşib və qərargah binası ətrafında qarşıdurma halları qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər