Ərdoğan: Türkiyənin prioriteti öz sərhədləri xaricində sabitliyi qorumaqdır
03
dek
2024
18:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb.
"Report" xəbər verir ki, söhbət zamanı Ərdoğan Türkiyənin prioritetinin öz sərhədləri xaricində sabitliyi qorumaq və mülki əhaliyə zərər verməmək olduğunu bildirib.
Türkiyə Prezidenti Suriyanın ərazi bütövlüyünün vacibliyini, bu mövzuda İraqla həmfikir olduqlarını qeyd edib.
O, PKK terror təşkilatı və onun qollarının qarşısını almaq üçün Türkiyənin bundan sonra da addımlar atacağını vurğulayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...