Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında mövcud vəziyyətin müzakirəsi üçün üçtərəfli sammitin təşkilini təklif edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Bu həftə baş tutan telefon danışığı zamanı Ərdoğan ABŞ, İran və Türkiyə nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli görüşün keçirilməsi ideyasını irəli sürüb. Sammitin videokonfrans formatında təşkil olunması ehtimalı da istisna edilmir.
Nəşrin icmalçısı Hande Fıratın sözlərinə görə, Donald Tramp Türkiyə liderinin bu təklifini dəstəklədiyini bildirib.
Oxşar xəbərlər
"Hizbullah" İsrailin şimalına 50-dən çox raket və dron buraxıb
"Hizbullah" döyüşçüləri İsrail Müdafiə Qüvvələrinin (İMQ) mövqelərinə və Yuxarı, Aşağı və Qərbi Qalileydəki yaşayış məntəqələrinə 50-dən çox raket və pilotsuz u...