Ərdoğan qlobal iqtisadiyyatda güclü qasırğanın olacağını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, dünyada ticarət müharibələri "güclü qasırğa"ya yol açacaq.
BAKU.WS xəbər verir ki, Ərdoğan parlamentdə çıxışı zamanı bildirib ki, qlobal sistemin təməli artıq sarsılır.
"Biz proteksionist quruluşun artdığını müşahidə edirik",-deyə Türkiyə prezidenti əlavə edib.
Ərdoğanın fikrincə, bu, yeni bir mübarizə dövrünün başlanğıcıdır:
"Bu ticarət müharibələrinin nəticələri olacaq. Böyük və kiçik demədən hər kəsi əhatə edəcək güclü bir qasırğa yaxınlaşır".
Qeyd edək ki, Ərdoğan may ayında ABŞ ilə yeni gömrük rüsumlarını müzakirə etməyi planlaşdırır.
"Milliyet" qəzeti öz mənbələrinə istinadla yazıb ki, Türkiyəyə qarşı bu rüsumların mərhələli şəkildə tətbiq olunması ehtimalı var.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...