Ərdoğan: İrandakı savaş Cənubi Qafqazdan Asiya və Avropaya qədər yayıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İsrailin İrana qarşı savaşı Fars körfəzi, Yaxın Şərq, Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya qədər yayıla bilər. Bunun qarşısını almaq üçün sülh və sabitlik istiqamətində sona qədər mübarizə aparacağıq.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə və səlahiyyətli səfirlər üçün təşkil olunan iftar süfrəsində deyib.
Onun sözlərinə görə, İranın Azərbaycana qarşı PUA hücumları Türkiyə tərəfindən pislənilib: "Azərbaycan başda olmaqla, İranın digər bölgə ölkələrinə hücumlarının səhv olduğunu dəfələrlə demişik".
Türkiyə Prezidenti bildirib ki, hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq.
17. Geleneksel Büyükelçiler İftar Programı https://t.co/iYOQCBjOKZ
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 9, 2026
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...