Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik
"Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyunu izləyirik".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
"Son 5 gündə şahidi olduqlarımız Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu bizə göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin", - dövlət başçısı deyib.
Qeyd edək ki, Ə.İmamoğlu martın 23-də həbs olunub.
Oxşar xəbərlər
Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib
Alimlər piylənmə ilə mübarizədə yeni yanaşma müəyyənləşdiriblər. Araşdırmaya görə, bədən çəkisinin tənzimlənməsində maqneziumun hüceyrə daxilində rolu mühüm əhə...