Əhaliyə XƏBƏRDARLIQ - Bu həftə ilk dəfə...
Yeniliklərdən dərhal xəbərdar olun
Günəşdə son bir həftədə ilk dəfə olaraq yüksək gücə aid - sonuncudan əvvəlki M sinfinə məxsus alışma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu hadisə haqqında məlumatı Rusiya Tətbiqi Geofizika İnstitutu yayıb.
Məlumata görə, 4 dekabr saat 06:50-də (Bakı vaxtı) rentgen diapazonunda, N06E52 koordinatlarında yerləşən 4300 nömrəli ləkə qrupunda gücü M6.1 olan və 30 dəqiqə davam edən bir alışma baş verib.
Həftənin əvvəlindən bəri Günəşdə yalnız C sinfindən olan alışmalar və bir dəfə də X sinfi üzrə aktivlik müşahidə olunub.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X siniflərinə bölünür. A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovat güc düşməsinə uyğun gəlir. Hər növbəti sinifdə şüalanmanın gücü 10 dəfə artır. Belə alışmalar bəzən Günəş plazmasının atılması ilə müşayiət olunur və bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...