Əfqanıstan fəlakət yaşayır - Qızıl Xaç Komitəsindən çağırış

Əfqanıstanda baş vermiş 6 bal gücündə zəlzələ nəticəsində 800-dən çox adam ölüb, ən azı 2500 nəfər yaralanıb. Beynəlxalq Qızıl Xaç komitəsi zəlzələnin bir çox ailəni köçkün vəziyyətinə saldığını və onların təcili humanitar yardıma ehtiyacı olduğunu bildirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə torpaq sürüşmələri yolların bağlanmasına səbəb olub, axtarış-xilasetmə işlərini qeyri-mümkün edib.
Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid X sosial media platformasında verdiyi açıqlamada, "Təəssüf ki, bugünkü zəlzələ şərq əyalətlərində can və mal itkisinə səbəb olub" deyib.
Mücahid qeyd edib ki, yerli rəsmilər və yerli sakinlər xilasetmə işlərində iştirak edir, mərkəzi hökumət və ətraf əyalətlərdən də qruplar bölgəyə yollanır:
"Bütün mövcud resurslar insanların həyatını xilas etmək üçün istifadə olunacaq".
Yerli rəsmilər bunun ölkədə baş verən ən güclü zəlzələlərdən biri olduğunu bildiriblər. Bölgədə biri 5,2 bal gücündə ən azı iki afterşok qeydə alınıb. Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) Əfqanıstanın Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Pakistan sərhədi yaxınlığında, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə ötən ay başlayan meşə yanğını davam edir
Türkiyənin Dənizli bölgəsində 4 gündür ki meşə yanğınları davam edir. BAKU.WS "TRT haber"ə istinadən xəbər verir ki, Buldan rayonundakı yanğınının söndürülməsi...
