"Dünyanı su basacaq" deyən saxta "Nuh" Qanada saxlanıldı

Dünyanı su basacaq deyən saxta Nuh Qanada saxlanıldı
Dünya 94

Özünü Ebo "Nuh" adlandıraraq dekabrın 25-də dünyanı su basacağını iddia edən şəxs Qanada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

BAKU.WS-in "News Ghana"ya istinadən yaydığı məlumata görə, əsl adı Evans Eşun olan kişi barəsində ictimaiyyəti bilərəkdən aldatmaq və yalan məlumat yaymaq maddələri ilə cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə o, iki həftə müddətinə həbs edilib və psixiatrik müayinəyə göndərilib.

Polis bildirib ki, Eşun verdiyi ifadədə internetdə məşhurlaşmaq məqsədi ilə bu iddiaları irəli sürdüyünü etiraf edib və etdiklərinə görə peşman olduğunu deyib. Qeyd olunub ki, o, özəl məktəblərdən birində mühafizəçi kimi çalışır və sosial mediada yaratdığı görüntüyə baxmayaraq, heç bir dini təhsili yoxdur.

Xatırladaq ki, Evans əvvəlcə "qiyamət" iddiası ilə səkkiz iri taxta gəmi tikəcəyini açıqlamış və ona inanan şəxslərdən maddi vəsait toplamışdı. Daha sonra isə dekabrın 25-i yaxınlaşanda "fəlakətin" təxirə salındığını elan edərək, guya əlavə gəmilərin inşası üçün insanlara vaxt verildiyini bildirmişdi.

Son xəbərlər