Dünyada nüvə təhlükəsi Soyuq müharibədən bəri ən yüksək səviyyədədir - Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi dünyada nüvə təhlükəsinin son onilliklərin ən kritik həddinə çatdığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, hazırkı vəziyyət Soyuq müharibə dövründən bəri görünməmiş səviyyəyə yüksəlib. Qrossi bildirib ki, Avropa və Yaxın Şərqdə münaqişələrin yenidən alovlanması beynəlxalq təhlükəsizlik sisteminə ciddi təzyiq göstərir.
O, xüsusilə Nüvə silahlarının yayılmaması müqaviləsi-nin gücləndirilməsinin vacibliyini vurğulayıb. Qrossinin fikrincə, bu sənəd nüvə silahlarının yayılmasının qarşısını almaq üçün ən mühüm beynəlxalq mexanizmdir.
Qeyd edək ki, 1970-ci ildə qüvvəyə minən müqaviləyə 191 dövlət qoşulub. Lakin son illərdə bu rejim ciddi çətinliklərlə üzləşir. Şimali Koreya 2003-cü ildə müqavilədən çıxaraq nüvə silahı hazırlayıb. Hindistan, Pakistan və İsrail isə ümumiyyətlə sənədə qoşulmayıb.
Ekspertlər hesab edir ki, böyük dövlətlər arasında fikir ayrılıqları və uğursuz beynəlxalq danışıqlar qlobal nüvə təhlükəsizliyi sistemini zəiflədib.
Oxşar xəbərlər
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı bazaya çatıb. BAKU.WS "Report"a isti...