DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
Tbilisidə 29-30 noyabr tarixlərində keçirilən etiraz aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qanuni polis tələbinə tabe olmamaq və kiçik xuliqanlıq səbəbindən 107 nəfəri saxlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bundan əlavə, agentlik bildirir ki, 10 DİN əməkdaşı yaralanıb.
"Bütün gecə boyu mitinq iştirakçıları polisə sözlü və fiziki müqavimət göstərib. Rustaveli prospektindəki insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar. Nümayişçilərin zorakılıq hərəkətləri nəticəsində DİN-in 10 əməkdaşı xəsarət alıb", - nazirlik bildirib.
Məlumata görə, hazırda bir polis yanıq xəsarətləri ilə xəstəxanada qalır.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...