Demokratlar İlon Maskı ABŞ-nin "Kölgə Prezidenti" adlandırdı
ABŞ Demokratlar Partiyasının nümayəndələri məşhur iş adamı İlon Maskı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməməsində ittiham edib və onu "ABŞ-nin kölgə prezidenti" adlandırıblar.
Bu barədə "The Washington Post" qəzeti yazıb.
Məlumata görə, İlon Mask ona məxsus "X" sosial şəbəkəsindəki hesabından istifadə edərək, Nümayəndələr Palatasındakı respublikaçılara təzyiq göstərib. O, federal hökumətin üç ay ərzində fəaliyyətini maliyyələşdirmək üçün nəzərdə tutulan qanun layihəsinin qəbuluna mane olmağa çalışıb.
Maskın qanun layihəsini tənqid etməsindən sonra Nümayəndələr Palatası sənədin məqsədəuyğunluğu ilə bağlı tərəddüdə düşüb. Daha sonra seçilmiş prezident Donald Tramp da qanun layihəsinin qəbulundan imtina edib.
Demokratlar hesab edirlər ki, İlon Mask kimi şəxslərin siyasi proseslərə müdaxiləsi və Kapiotliyada yaranan xaos ABŞ-də adi hala çevrilə bilər. Onlar belə şəxslərin təsirinin bu səviyyədə yüksək qalmasının gələcəkdə daha ciddi problemlərə səbəb olacağından narahatdırlar.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...