DÇ-dan əvvəl Meksikada 59 partlayıcı qurğu aşkarlanıb

DÇ-dan əvvəl Meksikada 59 partlayıcı qurğu aşkarlanıb
Dünya 31

Meksikada hüquq-mühafizə orqanları məktəblilər və müəllimləri daşıyan avtobusda 59 ədəd əldəqayırma partlayıcı qurğu aşkarlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Mexico Solidarity" nəşri məlumat yayıb.

Bildirilib ki, avtobus Milli Təhsil İşçiləri Koordinasiya Şurasına dəstək aksiyasına gedən müəllim və şagirdləri daşıyırmış. Axtarış əməliyyatı bir vətəndaşın nəqliyyat vasitələrindən birində partlayıcı maddələrin olması barədə hüquq-mühafizə orqanlarına məlumat verməsindən sonra Mexiko–Kuernavaka avtomobil yolunda həyata keçirilib.

Meksikanın Daxili İşlər Nazirliyi bildirib ki, yoxlama sərnişinlərin razılığı ilə və insidentsiz şəkildə aparılıb. Nəticədə avtobusdan 59 ədəd əldəqayırma partlayıcı qurğu götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Meksika futbol üzrə 2026-cı il dünya çempionatının ev sahiblərindən biridir. Turnir iyunun 11-dən iyulun 19-dək Meksika, ABŞ və Kanadada keçiriləcək. Meksika millisi qrup mərhələsində Cənubi Koreya, Cənubi Afrika Respublikası və Çexiya ilə qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər