Çin XİN ABŞ-yə xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Xarici İşlər Naziri Van Yi ABŞ-nin Pekinə təzyiq göstərdiyi halda Çinin qətiyyətli cavab tədbirləri görəcəyini bildirib.
"Əgər əməkdaşlıq etsək, qarşılıqlı fayda əldə edərik. Ancaq davamlı təzyiq göstərilərsə, Çin qəti tədbirlər görəcək", – deyə o vurğulayıb.
BAKU.WS xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb.
Nazir eyni zamanda, Çin və ABŞ arasındakı münasibətlərin sabit, sağlam və davamlı inkişafı üçün Pekinin çalışacağını qeyd edib.
Bundan öncə Van Yi, Çin və Rusiya arasındakı dostluğun dəyişməz qaldığını və bu əlaqələrin hər iki xalqın maraqlarına uyğun olduğunu bildirmişdi.
Oxşar xəbərlər
SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib
Cari ilin oktyabr-noyabr aylarında Hörmüz boğazında və ətraf ərazilərdə gəmilərə hücumların sayı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından b...