Çin kosmosa 2 peyk göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
Çin kosmosa 2 peyk göndərib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Çin kosmosa BeiDou Peyk Yerləşdirmə Sisteminin (BDS) bir hissəsini təşkil edəcək iki peyk göndərib.
Sinxua agentliyinin xəbərinə görə, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Long March-3B" daşıyıcı raketi ilə iki "BeiDou-3" peyki kosmosa buraxılıb.
BeiDou şəbəkəsinin 59-cu və 60-cı hissələri olan peyklər orbital sınaqlar aparıldıqdan sonra işə salınacaq.
Buraxılış Long March raketləri ilə həyata keçirilən 535-ci uğurlu nəqliyyat missiyası idi.
Qeyd edək ki, Çin hökuməti ABŞ-ın GPS qlobal yerləşdirmə sistemindən hərbi asılılığını azaltmaq üçün BDS hazırlayır.
BeiDou peyk şəbəkəsinin ilk peyki nə zaman buraxılıb?
![]()
BeiDou peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılmışdır. Dörd peykdən ibarət "BDS-1" şəbəkəsinin ardınca 26 peykdən ibarət "BDS-2" və 40 peykdən ibarət "BDS-3" şəbəkəsi ilə sistem inkişaf etdirilir.
"BDS-4" adlı yeni nəsil peyk şəbəkəsinin 2035-ci ilə qədər sistemə əlavə edilməsi hədəflənir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...