Çexiya Prezidenti Ukrayna məsələsində ABŞ ilə birgə yanaşmanın tərəfdarıdır

Çexiya Prezidenti Petr Pavel Ukrayna məsələsində ABŞ ilə birgə yanaşmanın tərəfdarıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bunu Münxen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.
Eyni zamanda Pavel xəbərdarlıq edib ki, əgər Vaşinqton Avropa İttifaqından (Aİ) kənarda qalmağa qərar verərsə, çox fəal davranmaq lazım gələcək.
Çexiya Prezidentinin sözlərinə görə, bütün bunları Ukrayna ilə müzakirə etmək lazımdır, mövqe razılaşdırıldıqda isə amerikalılarla razılaşmaq lazımdır.
O, həmçinin vurğulayıb ki, Aİ Ukraynaya görə daha çox məsuliyyət götürərsə, o, danışıqlar masasında olmalıdır:
"İndi dönüş nöqtəsidir. Aİ məsuliyyəti öz üzərinə götürməyə və buna uyğun hərəkət etməyə qadirdir".
Oxşar xəbərlər
ABŞ vitse-prezidentinin korteji üzərində mərmi PARTLADI
ABŞ-də Dəniz Piyadaları Korpusunun 250 illiyi qeyd edilərkən 155 millimetrlik mərmi vaxtından əvvəl partlayıb. Partlayış vitse-prezident Cey Di Vensin korteji h...
