Cənubi Koreyadan "Temu"ya 2 milyon manata yaxın CƏRİMƏ

Çinin məşhur onlayn alış-veriş platforması olan "Temu" şəxsi məlumatların qorunmasına dair qanunu pozduğu üçün Cənubi Koreya Şəxsi Məlumatların Qorunması Komissiyası (PIPC) tərəfindən 1,36 milyard von (1,656,259.02 manat) cərimə olunub.
BAKU.WS iha-ya istinadən xəbər verir ki, PIPC ötən ilin aprel ayında "Temu"nun topladığı və istifadə etdiyi şəxsi məlumatlarla bağlı araşdırmaya başlamışdı. Araşdırma nəticəsində platformanın şəxsi məlumatların qorunmasına dair qanunları pozduğu müəyyən olunub. Komissiyanın açıqlamasına görə, "Temu" müştərilərin şəxsi məlumatlarını Cənubi Koreya, Çin, Sinqapur, Yaponiya və digər ölkələrdəki bir neçə şirkət vasitəsilə emal edib və saxlayıb, lakin bunu rəsmi məlumat siyasətində bildirməyib.
Bundan əlavə, "Temu" şəxsi məlumatları etibar etdiyi partnyorlara informasiya təhlükəsizliyi ilə bağlı nəzarət, idarəetmə və təlim dəstəyi təqdim etməyib. Bildirilib ki, 2023-cü ilin sonuna olan məlumata əsasən, platformanı gündə orta hesabla 2,9 milyon Cənubi Koreyalı istifadə edib, amma şirkət ölkədə rəsmi nümayəndə təyin etməyib və istifadəçi hesablarının silinməsi prosesini çətinləşdirib.
Bununla belə, "Temu" son dövrlərdə şəxsi məlumatların emalına dair siyasətini yenidən gözdən keçirmək, yerli nümayəndələr təyin etmək və üzvlük ləğvi prosedurlarında müəyyən dəyişikliklər etmək kimi könüllü düzəlişlər həyata keçirdiyini açıqlayıb.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
