176 nəfərin öldüyü təyyarənin "qara qutu"su tapıldı

176 nəfərin öldüyü təyyarənin qara qutusu tapıldı
Video
Dünya 3034

Cənubi Koreyanın Muan hava limanında qəza törədən "Jeju Air" aviaşirkətinə məxsus "Boeing 737-800" təyyarəsinin "qara qutu"ları tapılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.

"Qara qutu"larla birgə təyyarənin uçuş qeydedicisi və səs yazma cihazı da qəza yerindən çıxarılıb.

***14:08

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş vermiş təyyarə qəzası nəticəsində 176 nəfərin həyatını itirdiyi təsdiqlənib.

BAKU.WS-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, hazırda üç nəfər itkin düşmüş hesab olunur.

Qəzaya uğrayan "Jeju Air" aviaşirkətinə məxsus təyyarədə 10 yaşadək azı beş uşaq olduğu qeyd edilib. Ümumilikdə isə, təyyarədə 175 sərnişin olub.

***10:25

Cənubi Koreyanın Çolla-Namdo əyalətindəki Muan hava limanında baş verən təyyarə qəzasında 120 nəfərin həlak olduğu təsdiqlənib.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Buna qədər 96 nəfərin ölümü bildirilmişdi. Banqkokdan uçan Cənubi Koreyanın "Jeju Air" aviaşirkətinə məxsus "Boeing 737-800" təyyarəsində 175 sərnişin (173-ü Cənubi Koreya vətəndaşı, 2-si isə Tailand vətəndaşı) və 6 ekipaj üzvü olub.

Cənubi Koreya hakimiyyəti təyyarədəki bütün insanların, yalnız iki nəfər istisna olmaqla, həlak olduğunu düşünür.

***09:52

Cənubi Koreya hakimiyyəti Çolla-Namdo əyalətindəki Muan hava limanında baş verən təyyarə qəzasında 96 nəfərin həlak olduğunu təsdiqləyib.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Əvvəlcə 85 nəfərin ölümü bildirilmişdi. Rəsmilər "Boeing 737-800" təyyarəsində olan 175 sərnişin və 6 ekipaj üzvündən yalnız ikisinin sağ qaldığını bildiriblər.

Fövqəladə hallar xidməti əməkdaşı qeyd edib ki, təyyarə o qədər ciddi zədələnib ki, yalnız onun arxa hissəsini tanımaq mümkün olub. Sağ qalanlar məhz bu hissədə yerləşirmiş.

***09:27

Cənubi Koreya "Jeju Air" aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən "Boeing 737" sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur. Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

***08.56

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan "Boeing 737-800" təyyarəsinin göyərtəsində olan 173 nəfər həlak olub, iki nəfər isə sağ qalıb.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

İlkin versiyaya görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib.

Ekipaj təyyarəni endirməyə çalışsa da, sürəti azalda bilməyib və hava gəmisi uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib.

***08:38

Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasında təsdiqlənmiş qurbanların sayı 64-dən 85-ə yüksəlib.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Boeing 737-800" layneri Banqkokdan uçurmuş.

Məlumata görə, təyyarədə 175 sərnişin olub. Onlardan173-ü Cənubi Koreya vətəndaşı, ikisi isə Tailand vətəndaşı idi.

***08:02

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğrayıb.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Son məlumata görə, hadisə nəticəsində 62 nəfər həyatını itirib.

Təyyarə qəzasından 3 nəfər sağ çıxıb.

"Jeju Air" şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

Oxşar xəbərlər

Son xəbərlər