Cennifer Lopez 1.5 milyonluq görüşü rədd etdi
06
avq
2025
15:55
İstanbulda konsert verən müğənni Cennifer Lopez 1.5 milyon lirəlik görüşü rədd edib.
BAKU.WS xəbər verir ki, konsetdən sonra kulisdə Lopezlə şəkil çəkdirmək üçün müəyyən vaxt ayrılıb.
Sənətçi ilə şəkil çəkdirmək 180 000 lirə olub.
Sonda onunla şəkil çəkdirmək üçün 40 nəfər müəyyən edilib. Lakin sənətçi son anda ümumi dəyəri 1.5 milyon lirə olan bu görüşün ləğv edilməsini istəyib.
Buna səbəb ifaçının özünü yaxşı hiss etməməsi olub. Təşkilatçılar hamının pulunun geri qaytarılacağını bildirib.
Oxşar xəbərlər
Samara vilayətində PUA hücumu: "Ozon" anbarında yanğın başladı
Rusiyanın Samara vilayətinə PUA-larla kütləvi hücum nəticəsində sənaye müəssisələrindən biri və "Ozon" logistika kompleksi zərər görüb. BAKU.WS Rusiya mediasına...