Çelyabinskdə məktəbli şagird və müəllimlərə çəkiclə hücum edib
Rusiyanın Çelyabinsk vilayətində 68 saylı məktəbin şagirdi çəkiclə şagirdlərə və müəllimlərə hücum edib.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler teleqram kanalında bildirib.
Qeyd olunub ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib,
"Çelyabinskdə 68 saylı məktəbdə şagird digər şagirdlərə və müəllimlərə hücum edib. Onlar xəstəxanaya yerləşdirilib, lazımi tibbi yardım göstərilir", - deyə qubernator yazıb.
Texler əlavə edib ki, o, vəziyyəti şəxsi nəzarətinə götürüb. Onun sözlərinə görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları, şəhərin rəhbəri Natalya Kotova və uşaq hüquqları üzrə müvəkkil Yevgeniya Mayorova işləyir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. BAKU.WS "Haber Global"a is...